Bu paylaşımlar ailələri dağıdır – ÇAĞIRIŞ

Bu paylaşımlar ailələri dağıdır – ÇAĞIRIŞ

Sözüm ailə, cütlük blogerlərədir: Səhifənizin böyüklüyü ilə, müxtəlif vasitələrlə əldə etdiyiniz reklamlarla “xoşbəxt ailə” görüntüsü yaradırsınız. Tiktokda, instaqramda və s. yerlərdə bu “xoşbəxt ailə” tabloları insanları, qadınları ümidsizliyə salır, ailələri dağıdır.

TEMPİNFO xəbər verir ki, bu sözləri ilahiyyatçı Samir Əzizov deyib.

Din xadimi qeyd edib ki, bunun məntiqi nəticəsi olaraq onlarla qadın qara fəhlə işləyən ərindən bu cür xanımını xoşbəxt edən “ər” olmasını istəyir.

“Siz bu insanların vasitəsilə pul qazanırsınız, amma bilərəkdən ya da bilməyərəkdən evlərə od salırsınız. Sizin özünüzün belə reklam vasitəsilə gəzdiyiniz restoranlar, fotosessiyalar o qara fəhlə kişi üçün əlçatmazdır. Bu, bir boşanma səbəbi idi yazdım”, – deyə o əlavə edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37