Bu üsulla pasiyentləri arıqladan diyetoloqlar insanları ÖLÜMƏ SÜRÜKLƏYİR – XƏBƏRDARLIQ

Bu üsulla pasiyentləri arıqladan diyetoloqlar insanları ÖLÜMƏ SÜRÜKLƏYİR – XƏBƏRDARLIQ

Bir neçə gündən bundan əvvəl Əməkdar artist Abbas Bağırov yerli saytların birinə verdiyi açıqlamada iki ay ərzində 55 kiloqram çəkidən xilas olduğunu bildirib. İfaçının bu açıqlaması birmənalı qarşılanmayıb. Çoxları birdən-birə bu qədər çəki atmağın real olmadığını düşünür.

Maraqlıdır, əgər həqiqətən iki ay ərzində 55 kiloqram arıqlamaq mümkündürsə, bunun insan orqanizminə təsiri necədir?

TEMPİNFO xəbər verir ki, diyetoloq Dürrə İsmayılova gündəm olan mövzu ilə bağlı “Yeni Sabah”a danışıb. Mütəxəssis bunun doğru olmadığını qeyd edib:

“Mən o müğənninin bu arıqlama üsuluna düzgün olmayan, çox yalnış bir diet kimi baxıram. Ümumiyyətlə, insan orqanizmi ilə oynamaq olmaz. Ən azından kilolu insanlar ilk dəfə dietə başlayanda ayda normal formada 4 kiloqram arıqlaya bilər. Mən özüm də səhv diet üsulları ilə arıqlamağa çalışmışam. Yapon alimi Nişinin sistemi ilə iki ay ərzində 105 kilodan 72 kiloya düşmüşəm. Amma belə bir reallıq da var ki, hər hansı rayon, ya da ölkəyə gedərkən, orada insanın istədiyi kimi rejim saxlaması mümkün olmur. Həmin 5 gündə iki ayda atılan kiloların 50 faizi qayıdır. Düzgün dieta odur ki, normal çəkidə olan insanlar üçün həftədə 4, artıq çəkili şəxslər üçün isə 6 kiloqram arıqlamaq mümkün olsun. Bu rejimə əməl edəndə atılan çəkilər heç vaxt qayıtmır. 3 ildir 72 kiloqram çəkidəyəm. Kosmetoloqun göstərişi ilə 11 aya 4 kiloqram çəki artırdım. Çünki üz quruluşun çox düşmüşdü. Təbii ki, bunlar mənim fikrimdir. Bu səbəbdən birdən-birə o qədər çəki itirənlərin istifadə etdiyi üsulu sağlam hesab etmirəm”.

D.İsmayılova bildirib ki, çox sayda insan sağlam qaydada çəki atmaqla bağlı məlumatlı deyil:

“Mən özümə dietoloq demirəm. Azərbaycanda bu sözü özünə deyənlərə də əsəbiləşirəm. Çünki onlar bütün kilolu şəxslərin karbohidrat qəbul etməsini dayandıraraq, tez çəki atması üçün protein, zülal tövsiyə edirlər. Bu isə həmin şəxslərə 100 faiz zərər vurur. Bizim ölkədə yaşayan insanların orqanizmi elədir ki, gözünü açıb qəndlə, çörəklə qidalanıblar. Bunların hamısını birmənalı olaraq dayandırırlar. Ancaq bunları nə səbəbə etdiklərini demirlər. Ancaq protein və zülal qəbulu ilə çəki atmaq qaraciyər, böyrək, mədəaltı vəzdə fəsadların ortaya çıxmasına səbəb olur. Bu çox ciddi bir mövzudur. İnsanları bu barədə məlumatlandırmaq lazımdır. 10 ildir bu peşədə fəaliyyət göstərsəm də, insanların yalnız 50 faizini düzgün qaydada arıqlamağa cəlb edə bilmişəm. Əksər şəxslər isə yalnış üsulla çəki atır. Bu isə orqanizm üçün olduqca təhlükəli məqamdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37