“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham Əliyev

“Bu xəbər bizi ciddi şəkildə narahat etdi” – İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.

TEMPİNFO xəbər verir ki, Prezident bu barədə “X” sosial şəbəkəsində paylaşım edib:

“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi erməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”.

 

 

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37