Bunlar panik atak əlamətidir

Bunlar panik atak əlamətidir

Panik atak insanların həyatına birbaşa təsir edən, bəzilərində isə həyatı yaşanmaz hala gətirən xəstəlikdir. Bu xəstəliyin simptomları çoxdur və hər bir insanda müxtəlif formada büruzə verir.

Qızartı, üşümək, qorxu, başgicəllənmə, səbəbsiz yerə ürəyin sürətlə döyünməsi, tez-tez ayaqyoluna getmə, nəfəs almada yaranan çətinlik, əllərdə və ayaqlarda uyuşma, qarın ağrısı və ürək bulanma bunlar hamısı panik atak əlamətləridir.

Mütəxəssislərin fikrincə, belə olan halda, xəstəlikdən müalicə olunmağın yolu bədəndə panik atakın mövcudluğunu qəbul etmək və psixoloqa müraciət etməkdir. Bu zaman psixoloq panik atakın hansı növü olduğunu müəyyən edir və ona uyğun müəyyən terapiyalar ilə müalicələr həyata keçirir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37