Butulkada bu kod varsa, içməyin!
- CƏMİYYƏTSON XƏBƏR
- 05.07.2024 13:16
Mütəxəssislər bəzi su qabları ilə bağlı xəbərdarlıqlar edir.
Medicina.az xəbər verir ki, yay aylarında günəş altında qalan plastik butulkalardakı suyun sağlamlığımız üçün təhlükə yarada biləcəyi üzə çıxıb.
Mütəxəssislər, xüsusilə bəzi kodları olan plastik butulkalarda bisfenol A (BPA) adlı kimyəvi maddənin olduğuna diqqət çəkərək, bu kodlu şüşələrdən istifadə etməməyimizi tövsiyə edir.
Su şüşəsindəki bu kodlara diqqət yetirin!
İstanbul Aydın Universiteti Qida Tətbiqi Araşdırma Mərkəzi Müdir Köməkçisi Dr. Ayla Ünver Alçay plastik istehsalında istifadə edilən bisfenol A-nın (BPA) təsirlərinə diqqət çəkib.
Alçay, “3 və 7 kodlu plastik şüşələrdə bisfenol A adlı kimyəvi maddə var. Uzun müddət istilik və ultrabənövşəyi şüalara məruz qaldıqda, bisfenol A-nın suya keçidi artacaq. Bu suyu içən insanlar yüksək dozada bisfenol A-ya məruz qala bilərlər. Xüsusilə uşaq və körpələrdə inkişaf, endokrin pozğunluqlar, qızlarda erkən yetkinlik, hiperaktivlik və aqressiv davranış kimi problemlər yarana bilər. Yüksək miqdarda bisfenol A qəbulu kişilərdə və qadınlarda reproduktiv pozğunluqlarla əlaqələndirilir”, deyə bildirib.