Cəfərquliyev qalmaqala yol açdı: “Qurbanov niyə yerini göstərmir?” – VİDEO

Cəfərquliyev qalmaqala yol açdı: “Qurbanov niyə yerini göstərmir?” – VİDEO

Məlum olduğu kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub.

TEMPİNFO xəbər verir ki, görüşdən sonra “Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Təqdimat zamanı Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyev hərəkətləri ilə yenidən diqqət çəkməyi bacarıb.

Belə ki, o, qırmızı xalça ilə addımlayarkən obrazlı şəkildə teatral davranışı ilə özündən söz etdirib. Bununla Cəfərquliyev ciddi tənqid hədəfinə tuş gəlib.

Futbolçu sosial şəbəkə istifadəçiləri tərəfindən lovğalıqda ittiham olunub və baş məşqçi Qurban Qurbanovu da Elvini “ağıllandıra bilmədiyinə görə” qınayıblar.

Onu da qeyd edək ki, “Qarabağ”ın oyunçusunun teatral hərəkətinə haqq qazandıran da olub. Habelə şərh yazanlar sırasında onun ünvanına qeyri-etik ifadələr işlədənlər də yer alıblar.

Xatırladaq ki, Cəfərquliyev Avroliqa və yerli çempionatda aqressiv davranışları, o cümlədən qırmızı vərə alması ilə gündəmə gəlirdi. Sonuncu dəfə yayılan məlumatlara əsasən, Qurban Qurbanov Elvinə xəbərdarlıq edib, bildirib ki, o bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir. Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək.

Obyektivlik üçün onu da bildirək ki, idmançılar arasında oxşar şəkildə, yəni obrazlı formada sevincini nümayiş etdirmək dünya praktikasında mövcuddur. Ehtimal ki, Cəfərquliyev futbolsevərlərin yadında “yaxşı qalmadığı” üçün istənilən davranışı müzakirələrə yol açır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37