Cəlilabad sakini tanışını traktorla vurub öldürdü

Cəlilabad sakini tanışını traktorla vurub öldürdü

Cəlilabad rayonunda 16 yaşlı gənc ehtiyatsızlıqdan həmkəndlisini traktorla əzib, yaralı hadisə yerində ölüb.

Hadisə Uzuntəpə kəndində qeydə alınıb.

2008-ci il təvəllüdlü Həsənov Məhəmməd Həbib oğlu yaşadıqları evin həyətində atası Əliyev Həbib Əzizağa oğluna məxsus 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru irəli hərəkət etdirdiyi vaxt traktora qoşulmuş ot (pres) bağlayan qurğunun arxa metal hissəsinin ehtiyatsızlıqdan arxada dayanmış Cahid Vahabova dəyib. C. Vahabov xəstəcanaya aparılarkən yolda ölüb.

Fakt araşdırılır. /APA

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37