Çempionlar Liqası: “Qarabağ”ın bugünkü oyununa 28 mindən çox bilet satılıb

Çempionlar Liqası: “Qarabağ”ın bugünkü oyununa 28 mindən çox bilet satılıb

“Qarabağ”ın Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 28000 bilet satılıb.

TEMPİNFO xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37