Cenk Tosun “Fənərbağça”da

Cenk Tosun “Fənərbağça”da

“Beşiktaş” klubunun sabiq futbolçusu Cenk Tosun “Fənərbağça” ilə razılığa gəlib.

Məlumata görə, təcrübəli hücumçu “sarı-lacivərdlər”ə sərbəst agent kimi keçəcək.

Belə ki, Cenk Tosunun “Beşiktaş”la müqavilə müddəti başa çatdıqdan sonra qalması üçün yeni sözləşmə təklif olunmayıb. Cenk Tosun isə bu səbəbdən İstanbul nəhənglərindən sayılan “Fənərbağça”nın təklifini qəbul edib.

Qeyd edək ki, Cenk Tosuna ikiillik müqavilə təklif olunub.

Mənbə: Ntv.com.tr

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37