Çimərliyə gedərkən hansı yeməkləri yeyək?
- CƏMİYYƏTSAĞLAMLIQSON XƏBƏR
- 15.06.2024 11:00
“Tibb” ASC-nin (Akademik Roitberqin klinikası) infeksionist həkimi, tibb elmləri doktoru Vladimir Neronov zəhərlənməmək üçün çimərlikdə heç nə yeməməyi tövsiyə edib.
“Çalışın ki, çimərlikdə heç yeməyin, hətta dondurma və qəlyanaltı olsun, xüsusən də çimərlik satıcılarından nimçədən yemək almayın. Nahar üçün kafe və yeməkxanalara gedin”, – deyə RİAMO ilə söhbətində məsləhət görüb.
Neronovun sözlərinə görə, son çarə olaraq çimərlikdə diqqətlə yuyulmuş meyvələri qəlyanaltı etmək olar.
O, həmçinin insanlara əllərini tez-tez yumağı və çimdikdən sonra mütləq duş qəbul etməyi tövsiyə edib.
TEMPİNFO