Çin avtomobillərində çoxlu problemlər var? – “Gələcəkləri bilinmir”
- CƏMİYYƏTİQTİSADİYYATMANŞETSON XƏBƏR
- 27.05.2024 13:57
“DJ Tural video paylaşıb, reklam etdiyi Çinin avtomobil brendi “Zeekr”in bundan sonra rəsmi dilerdən alınmayan avtomobillərinin Azərbaycanda işləməyəcəyini həvəslə danışıb. Ekranı bloklanacaq, multimedia sistemi, CarPlay işləməyəcək və s.”.
TEMPİNFO xəbər verir ki, bu barədə qeyd edən ictimai fəal İlkin Rüstəmzadə aparıcının “qeyri-leqal” sözünün əsassız olduğunu vurğulayıb.
“Üstəlik Tural həmin avtomobilləri “qeyri leqal” adlandırır. Qeyri-leqal. Maşın Azərbaycana gəlir, gömrükdən keçir, DYP dövlət nömrə nişanı verir, amma dünən çıxan hansısa Çin şirkətinə görə bu qeyri-leqaldır”.
İ.Rüstəmzadə qeyd edib ki, azərbaycanlılar 30 ildir Avropa, Amerikadan alman, yapon maşınları daşıyırlar: “Təzə və yaxun köhnə. Hələ indiyədək biri səsini çıxartmayıb. Amma hansısa Çin şirkəti artıq qadağalar qoyur”.
O iddia edib ki, Çin şirkətlərində çoxlu problemlər var və ən əsası gələcəkləri bilinmir: “İkincisi isə konkret olaraq bu avtomobilləri reklam edən adamlara inanmayın”.
Qeyd edək ki, Çin avtomobilləri ölkənin bir çox tanınmış simaları tərəfindən reklam edilir.