“CityNet”ə nə olub? – Kütləvi etiraz
- CƏMİYYƏTÖLKƏSEÇİLMİŞSON XƏBƏR
- 19.07.2024 17:45
Sosial şəbəkələrdə müxtəlif internet provayderlərinin fəaliyyəti ilə bağlı şikayətlər artmaqdadır.
Bu dəfə analoji şikayətlərdən biri “CityNet” şirkəti ilə bağlı olub. Belə ki, “Facebook” sosial şəbəkəsində dərc olunan yazıda istifadəçi sözügedən şirkətin təqdim etdiyi internet xidmətinin axşam saatlarında kəsildiyini bildirib.
Şirkət həmin paylaşımın rəy bölməsində problemin aradan qaldırılacağını qeyd etsə də, istifadəçilər “CityNet”i daha sərt tənqidlərlə üz-üzə qoyublar.
Şirkətin müştəriləri təqdim olunan internetin sürətində və davamlılığında ciddi problemlərin olduğunu dilə gətirib. Bəzi istifadəçilər “CityNet”i digər provayderlərlə müqayisə edərək, göstərilən xidmətin bərbad olduğunu vurğulayıb.
Hətta yazılan rəylər arasında “onlarda üz olsa, şirkəti bağlayarlar” kimi kəskin tənqidlər də olub.
Məsələ ilə bağlı “CityNet”dən “Yenisabah”a bildirilib ki, təqdim olunan xidmət zamanı baş verən problemlər sadəcə fors-major hallarda olur:
“Qeyd olunan şikayətlə bağlı bildiririk ki, günün axşam saatlarında internetin mütəmadi kəsilməsi halları daimi baş vermir. Bu sadəcə olaraq hansısa texniki nasazlıq və qəza zamanı fors-major hallarda ola bilər. Müştərilərin şikayətləri daim diqqət mərkəzindədir və aradan qaldırılır”. /yenisabah.az
TEMPİNFO