COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib

COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində “Əriyən qar üzərində” adlı film nümayiş edilib.

TEMPİNFO xəbər verir ki, film ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə və COP29 dialoqlarına həsr olunub.

Filmdə belçikalı rəssam Sofie Kauvinin yaradıcılığı, əsərlərindəki təbiəti təsviri, sənətlə təbiətin vəhdəti əks olunub.

Qeyd edək ki, filmin müəllifi və prodüseri Mojtaba Bahadori, səs rejissoru Hassan Şabankareh, bəstəkarı isə Cavad Safaridir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37