Çox sərt danışdı, Allah sizə layiq olduğunuzu versin – Hüquqşünas generaldan danışdı

Çox sərt danışdı, Allah sizə layiq olduğunuzu versin – Hüquqşünas generaldan danışdı

“24 il ədliyyə nazirinin müavini olmuş Toğrul Musayev vəzifəsindən azad olunub. 23 il əvvəl məni həmin nazirliyə işə götürməmiş şəxsdir”.

TEMPİNFO xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

“Magistraturanı bitirmişdim. Bütün göstəricilərimə görə Ədliyyə Nazirliyinə təyinatla getməli olduğum halda haqqıma girmişdilər. Buna görə də mərhum deputat-nazir Sirus Təbrizlinin yanına gedib kömək istədim. Məni görməyinə çox şad idi. Kömək etməyə də cəhd etdi, amma alınmadı. Ədliyyə nazirinin müavini Toğrul Musayevə zəng edib dedi ki, bu uşağın haqqını niyə pozmusuz? O da dedi ki, gəlsin”, – deyə Ə.Həsənov bildirib.

Hüquqşünas ora getdiyini və kobudluqla qarşılandığını qeyd edib: “Mənimlə çox sərt danışdı, sonda da dedi ki, ərizəni yaz, qəbul edərik səni işə. Mən də cavabımda adekvat olaraq sərt sözlər işlədib ərizə yazmadan çıxıb getdim. Şükür Allaha ki, elə məhz belə də oldu!”

Əkrəm Həsənov iddia edir ki, Ədliyyə Nazirliyinə salamat şəxs işə qəbul olunur və ömürlük hüquqşünas kimi şikəst çıxır oradan: “Odur ki, ona indi müraciət edirəm yenə: Toğrul müəllim, məni işə götürmədiyinizə görə Allah Sizdən razı olsun. Ədliyyə sistemində etdiklərinizə görə isə Allah Sizə layiq olduğunuzu versin!”

Xatırladaq ki, dünən 24 il ədliyyə nazirinin müavini olmuş general-leytenanat Toğrul Musayev vəzifəsindən azad edilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37