Daha bir güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb
- İDMANMANŞETSON XƏBƏR
- 21.05.2024 19:25
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
TEMPİNFO.AZ xəbər verir ki, Xasay Həsənli (77 kq) qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib və rəqibini üstələyib.
Qeyd edək ki, digər güləşçimiz Ziya Babaşov (63 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Məmmədov (55 kq) isə turnirin bürünc mükafatına sahib çıxıb.