Damlaya görə İranda ara qarışdı: prokuror əmr verdi – VİDEO

Damlaya görə İranda ara qarışdı: prokuror əmr verdi – VİDEO

Bu gün Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqinin əmri ilə müğənni Damlanın çıxış etdiyi şadlıq sarayı bağlanıb.

TEMPİNFO xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb. Yayılan videogörüntülərdə Damla Təbriz və Ərdəbildə İran üçün açıq-saçıq hesab olunancaq tərzdə geyinib. Bu isə son günlər İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Prokuror bildirib ki, müğənni qanunları pozub və hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olur.

Qeyd edək ki, Damla bir neçə gün öncə konsert üçün Ərbədil və Tehrana gedib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37