Daxili Qoşunların polkovniki qəfil vəfat etdi

Daxili Qoşunların polkovniki qəfil vəfat etdi

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.

TEMPİNFO “Unikal”a istinadən xəbər verir ki, o, ürəktutmasından vəfat edib.

1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı.

TEMPİNFO

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37