Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
- HADİSƏMANŞETSON XƏBƏR
- 19.07.2024 20:15
Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.
“Report” xəbər verir ki, istintaqı tamamlanan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rəşad Əliyevin icraatına verilib.
Qeyd edək ki, rəsmi məlumatda bu ilin mart ayının 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməkdə şübhəli bilinib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.