Deputatdan sərt sözlər: “Murad Dadaşov və Vado Korovin Baləmi səviyyəsindədirlər”
- CƏMİYYƏT
- 23.05.2024 23:28
Deputat Etibar Əliyev “Planet Parni iz Baku”nun iştirakçılarını sərt tənqid edib.
TEMPİNFO bildirir ki, millət vəkili öz Facebook səhifəsində qeyd edib:
“Planet Parni iz Baku”nun iştirakçıları cəmiyyətə həm də intellektuallar kimi təqdim olunublar.
Dünən “Xəzər axşam”da Balaəlidən götürülən intervyüdən gördüm ki, Murad və Vado kimilər Balaəli səviyyəsində olan adamlardır. Bu adamların hələ indiyə qədər bir intellektual verilişlə bağlı layihələrini görməmişik. Narsistlər cəmiyyəti ələ salırlar. COP29 -la əlaqədar hər gün mütəxəssləri danışdırmaq lazımdır. Sonra deyirlər ki, televiziyalara baxan yoxdur.
Bəhramın isə mövzusu kəndçi, şəhərli söhbətidir. Mənasız və məzmunsuz kitablar yazır. Mütaliə olmadığından çox primitiv kitablardır”.