Dilarə Kazımova aldadıldı

Dilarə Kazımova aldadıldı

Məşhur müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.

TEMPİNFO xəbər verir ki, bu barədə sənətçi aparıcı Kazım Sübhanın “Özəl” verilişində danışıb. O, kanalların birində yayımlanan veriliş (red. ad çəkmir) tərəfindən aldanılmasından söz açıb:

 

“Verilişə çıxmamışdan əvvəl köməkçim onlarla danışıb ki, əgər verilişin formatı köhnə olarsa, mən qatılmayacağam. Lakin ordan bildiriblər ki, format tam şəkildə yaradıcılığla bağlı olacaq və komanda şəkildə dəvət olunursunuz. Verilişdə yaradıcılığla bağlı suallar verilməsi əvəzinə tam başqa mövzu ilə rastlaşdım. Heç mənə komanda barədə danışmağa söz vermədilər, hətta veriliş başlayanda  hər zaman qalmaqaldan uzaq olmağıma baxmayaraq, məni bu mövzuya qatmaq istədilər. İstəsəydim, efiri tərk edə bilərdim. Buna baxmayaraq,  kanala olan hörmətimi göstərərək, verilişin sonuna qədər qaldım” , – deyə, Kazımova bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37