“Diplomu olan qızları diplomlu oğlanlara ərə verin” – Aparıcıdan iddialı açıqlamalar

“Diplomu olan qızları diplomlu oğlanlara ərə verin” – Aparıcıdan iddialı açıqlamalar

Aparıcı Aytən Səfərova iddialı açıqlamaları ilə gündəm olmağa davam edir.

TEMPİNFO azxeber.com-a istinadən xəbər verir ki,o, bu dəfə ailələrə səslənərək qız övladlarına dəyər verməyə çağırıb.

Aparıcı təhsilin insan həyatındakı önəmindən danışıb:

“Qızın ən gözəl cehizi diplomudur. Ona görə də ailələr dilomu olan qızları, məhz diplomu olan oğlanlara ərə verməlidir. İnandırım ki, onda başınız daha az ağrayacaq. Bu klassik düşüncə yox, doğru olan yanaşmadır. Çünki zaman keçdikcə bunun doğru olduğunu görürük. Diplom olanda dünya görüşü daha çox olur. Bu günə qədər yüzlərlə valideyninə qarğış tökən qızların mesajlarını oxumuşuq. Hər biri təhsil almaq istədiyini, amma valideynlərinin onları evləndirdiyini yazıblar. 21-ci əsrdə yaşayırıq, qızlar da, oğlanlar da oxumalıdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37