“Dördəmlərimdən biri öldü, TƏBİB kömək etmədi” – Ata yardım istəyir

“Dördəmlərimdən biri öldü, TƏBİB kömək etmədi” – Ata yardım istəyir

Bakı sakini yeni dünyaya gələn övladları ilə bağlı insanlardan hüquqi kömək istəyib.

TEMPİNFO xəbər verir ki, Natiq Adıgözəlov bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Bir dəfə yazmışam ki, bizim dördəm uşaqlarımız dünyaya gəlməlidir. Mayın 10-da onlar doğulub “Caspian İnternational Hospital”da. Hamısı oğlan uşağlarıdır. Klinikaya çox pul xərclədik, 6 gün ərzində 11500 yaxın. Uşaqlar küvəzə düşüblər. Nə qədər xahiş elədim, uşaqları dövlət klinikasına köçürdün, heç nə eləmədilər. OMD klinikasına (K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) da zəng eləmişəm, dedilər ki, yer yoxdur. TƏBİB-ə də zəng elədim, dedilər, kömək edəcəyik, heç nə də eləmədilər. 6 gün uşaqlar klinikada olublar, imkanımız çatmadığına görə biz onları klinikadan evə aparmışıq, ordakı həkim Fariz dedi ki, bir uşaq hələ ki qalmalıdır klinikada, çünki hələlik zəifdir,
amma biz onları aparanda dördünü də verdilər. Zondsuz veriblər, çünki onlar o vaxtı zondla yemək yeyiblər. Uşaqları evə gətirəndə səhərisi gün həmin bu zəif uşaq rəhmətə gedib”, – ata bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən heç bir yardım, ya dəstək yoxdur: “Nəsə indi kimə müraciət etmək olar? Çünki bu uşaqları saxlamaq var. Uşaqlar təbii yolla dünyaya gəliblər. Yaşadığımız evimiz ikiotaqlı mənzildir, bu körpə uşaqlardan da başqa bir oğlum da var”.

Sosial şəbəkə istifadəçiləri Natiq Adıgözəldan bank kartını paylaşmasını, bununla ona yardım etmələrini istəyiblər. O isə utandığını bildirərək hüquqi yardım göstərilməsini istəyib.

“Uşaqlar may ayının 10-da doğulub. TƏBİB də mayın axırında mən zəng edib uşaqları soruşublar. Onlara demişəm ki, biri rəhmətə gedib, siz kömək etmədiniz. O zəng edən adam mənə dedi ki, Allah komek olsun”, – kömək istəyən ata rəydə yazanlara cavab olaraq bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37