Dövlət Komitəsi media şirkəti ilə yenidən razılaşdı: 90 minlik müqavilə
- İQTİSADİYYATÖLKƏSON XƏBƏR
- 20.06.2024 10:09
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi media şirkəti ilə daha bir müqavilə imzalayıb.
TEMPİNFO-nun xəbərinə görə, qurum Kommunikasiya Strategiyasının icrası üzrə 2024-cü il ərzində öhdəlikdə olan tədbirlərin təşkili ilə bağlı “Medical Media” MMC ilə razılığa gəlib.
Bekə ki, Dövlət Komitəsi həmin şirkətə 92 min 984 AZN məbləğində ödəniş edib.
Xatırladaq ki, bundan öncə də qurum məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı üzrə 2024-cü il ərzində öhdəlikdə olan tədbirlərin təşkili ilə əlaqədar “Medical Media” MMC ilə 44 min 840 manatlıq razılıq əldə edib.
Qeyd edək ki, sözügedən müəssisə 2005-ci ilin dekabr ayında dövlət qeydiyyatından keçib və qanuni təmsilçisi Sədi Məmmədov Əbülfət oğludur.
Dövlət Komitəsi media şirkəti ilə 44 minlik müqavilə imzaladı