“Dövlət mənim 5 manatıma möhtacdır?” – VİDEO

“Dövlət mənim 5 manatıma möhtacdır?” – VİDEO

“Bir də görürsən toya pulsuz gedirəm. Ya da 100 manata toya gedirəm”.

Bu sözləri müğənni Tacir Şahmalıoğlu “Elgizlə izlə” verilişində deyib.

Sənətçi vergi ödəməsindən və toylara getməsindən danışıb:

“Biz də toya gedib, ailə dolandırırıq. Onun da vergisini ödəyirik. Biz xalq üçün yaşayırıq. Cibimdən pul verib 2-3 minə mahnı yazdırıram. Niyə pulsuz oxuyum? Hərdən gedirəm də. Müğənni toya gedib əziyyət çəkir”.

T.Şahmalıoğlu vergi “VÖEN-nin var?” sualına “VÖEN-im yoxdur. Amma mənim 1 bədii, 3 sənədli filmim, adım Qızıl Fonddadır. 48 dövlət mənim filmlərimə baxır. Dövlət mənim 5 manatıma möhtacdır?” reaksiyasını verib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37