Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik ediləcək – Məleykə Abbaszadə
- MANŞETSON XƏBƏRTƏHSİL
- 24.06.2024 12:13
Dövlət qulluğuna qəbulla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər ediləcək və yeniliklər tətbiq olunacaq.
TEMPİNFO xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“Ümidvarıq ki, bu seminarın nəticəsində biz sentyabrda dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli əsasında yeni mərhələyə başlayacağıq. Aprobasiyadan (sınaqdan) əvvəl modelin sonuncu versiyasını beynəlxalq ekspertlərə təqdim edirik və onlarla fikir mübadiləsi keçirəcəyik və bəlkə də nəyisə korrektə edəcəyik. Çox vacib bir məshələdir. Çünki bu model əsasında biz 2 il çox ciddi işləmişdik. Hazırda biz bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə sınaq müddətidir. 2025-ci ildə müvafiq qanunvericilikdə dəyişiklik aparıldıqdan sonra artıq dövlət qurumlarına işə qəbul prosesini bu model əsasında keçirəcəyik. Səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, daha bacarıqlı, dövlət qulluğunda bütün prosesləri daha şəffaf keçirməyə imkan verəcək. Burada təkcə dövlət qulluqçularının seçimi yox, eyni zamanda rotasiyası və işinin qiymətləndirilməsi də yeni alətlərin istifadəsi ilə həyata keçiriləcək”, – o bildirib.
TEMPİNFO