![Dövlət qurumlarını yoxlayan orqan zərər etdi](https://tempinfo.az/wp-content/uploads/2024/06/hesablamatempinfoaz-jpg.webp)
Dövlət qurumlarını yoxlayan orqan zərər etdi
- CƏMİYYƏTSON XƏBƏR
- 04.06.2024 16:14
Hesablama Palatası ötən il 47 min 284 manat zərər edib.
“Ölkə.Az”ın məlumatına görə, qurum 2022-ci ildə 104 min 297 manat mənfəət əldə etmişdi.
Ötən il Palatanın gəliri 8 mln 759 min manat, xərci isə 8 mln 807 min manat təşkil edib.
2023-cü il ərzində qurumun cəmi aktivləri 2,2% azalaraq 5 mln 774 min manat, cəmi öhdəlikləri 3,8 dəfə azalaraq 29 min manata enib.
Palatanın cəmi xalis aktivləri isə illik müqayisədə 0,8% azalaraq 5 mln 745 min manat olub.
Qeyd edək ki, Hesablama Palatası Milli Məclisə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanıdır.
TEMPİNFO