Dövlət şirkəti “İnvest Construction”ı məhkəməyə verdi
- İQTİSADİYYATSON XƏBƏR
- 25.05.2024 17:18
“İnvest Construction MMC” maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə verilib.
TEMPİNFO-nun əldə etdiyi məlumata görə, iddia “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom) tərəfindən qaldırılıb.
Dövlət şirkəti bununla bağlı olaraq, Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi ziyanın ödənilməsi ilə əlaqədardır.
Məhkəmə prosesi Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək.