DSX-nin 900 minlik gəmisi satışa çıxarılır

DSX-nin 900 minlik gəmisi satışa çıxarılır

Azərbaycanda 900 min manatlıq gəmi hərraca çıxarılacaq.

TEMPİNFO-nun məlumatına görə, bununla bağlı hərrac iyulun 23-də baş tutacaq.

Hərraca həmçinin müxtəlif nəqliyyat vasitəsləri də çıxarılacaq.

Qeyd edək ki, 1986-cı il buraxılışlı “B-98” layihəli “Vixr” tipli gəminin ilkin qiyməti 900 min manatdır və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə məxsusdur.

23 iyul tarixində keçiriləcək hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Səhmdar cəmiyyətlərinin 30-44 faizlik səhm paketi özəlləşdirilməyə çıxarılıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37