Dünya reytinqi: “Qarabağ” və “Neftçi” geriləyib

Dünya reytinqi: “Qarabağ” və “Neftçi” geriləyib

Klubların dünya reytinqi açıqlanıb.

TEMPİNFO xəbər verir ki, İFFHS-in cədvəlində dünyanın ən yaxşı 507 klubu yer alıb.

Azərbaycan siyahıda dörd klubla təmsil olunub. “Qarabağ” 183,75 xalla dünyanın 53-cü komandasıdır. Qurban Qurbanovun komandası ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.

“Zirə” növbəti böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 15 pillə irəliləyib. Rəşad Sadıqovun yetirmələri 62,25 xalla 369-cudur.

“Sabah” isə 17 pilləlik sıçrayışa nail olub. 60,75 xala malik Bakı təmsilçisi 388-cidir.

“Neftçi” 59,25 xalla 403-cüdür. Bakılılar 5 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Mançester Siti” başçılıq edir – 401 xal.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37