“Durov Azərbaycanda olarkən Qarabağa gedib” – Emin – VİDEO

“Durov Azərbaycanda olarkən Qarabağa gedib” – Emin – VİDEO

Xalq artisti və iş adamı Emin Ağalarov rusiyalı jurnalist Kseniya Sobçakın “YouTube”da yayımlanan “Diqqət: Sobçak” layihəsinə müsahibə verib.

TEMPİNFO OLAY-a istinadən xəbər verir ki, sənətçi “Telegram”ın sahibi Pavel Durovun Azərbaycana səfərindən söz açıb.

 

Ağalarov bildirib ki, Durov səfəri zamanı Qarabağa gedib.

“Bilirəm ki, o, rayonlarda olub, hər yeri gəzib. Qarabağda olub. Yəni bütün ölkəni gəzib, göz gəzdirib. Bakıda bir neçə gün qalıb. Onun proqramı sərbəst idi. Mən yalnız 1 gün onunla oldum, burada deyildim.  Bilirəm ki, o, restoranlarda  istədiyi kimi nahar edib, sakit vaxt keçirib. Durovla tanışlığı olan dostum Hüseyn Həsənov (bloger) da burada idi. Çox ağıllı, tərbiyəli, savadlıdır. Onunla qısa müddət söhbət etdik. Tamamilə ümumi mövzulardan danışdıq”.

Qeyd edək ki, P.Durov Azərbaycana səfərindən sonra avqustun 24-də şəxsi təyyarəsi ilə gəldiyi Fransanın “Le Burje” hava limanında saxlanılıb. Avqustun 29-da Paris məhkəməsi Durovu 5 milyon avro müqabilində azadlığa buraxıb. Lakin ona Fransanı tərk etmək qadağası qoyulub. P.Durov bir sıra cinayətlərdə ittiham olunub, onu 10 ilədək həbs cəzası gözləyir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37