Dustaqlar saxlanan bu yerdən Qız qalasına gizli yol var imiş

Dustaqlar saxlanan bu yerdən Qız qalasına gizli yol var imiş

Səbail qalası Şirvanşah III Fəribürz tərəfindən müdafiə məqsədilə inşa olunub. Qalanın içərisində olan qəsrdə isə dustaqlar saxlanılırdı. Bəzi mənbələrdə Karvasaray da adlanan qala ticarət gəmiləri üçün liman kimi də istifadə olunub. Tikilinin Abşerondakı digər qalalarla gizli, yeraltı yollarla əlaqəsi var.

TEMPİNFO xəbər verir ki, 1939 – 1969-cu illərdə qala ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində dənizdən 700-dən artıq daş lövhə çıxarıldı. Bu tapıntılar sayəsində qalanın tarixi barədə ətraflı məlumat əldə etmək mümkün oldu. Daş lövhələrdə Quran ayələrindən başqa, Bakının rəmzi sayılan öküz və ticarəti simvolizə edən dəvə təsvirləri yer alır. Bəzilərində isə insan təsviri də görmək mümkündür. Lakin onun kimliyi müəmmalıdır. Ehtimallara görə o, III Fəribürzün gürcü mənşəli xanımıdır.

Daha ətraflı APA TV-nin süjetində:

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37