Ədalət Şükürov AYNA-nı tənqid etdi: “Bacarmırlarsa, çağırsınlar məni, başa salım” – VİDEO

Ədalət Şükürov AYNA-nı tənqid etdi: “Bacarmırlarsa, çağırsınlar məni, başa salım” – VİDEO

Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib.

TEMPİNFO xəbər verir ki, sənətçi bu barədə APA TV-yə müsahibəsində danışıb.

Ə.Şükürov qeyd edib ki, tıxacların əsas səbəbi kiçik yollarda zolaqların çox olmasıdır:

“Ola bilsin ki, o da lazımdır. Amma bunu böyük yolda etmək olardı. Tıxacların məhz 70-80%-i o zolaqlara görədir. Mən AYNA-nın idarəetməsindən çox narazıyam. Ora professional işləməlidir. Yolda maşınları çəkib cərimələmək nə dərəcədə doğrudur? Deyəsən, yaxşı qazanc yeri tapıblar. Əgər onlar bu işi bacarmırlarsa, xarici şirkətlərə müraciət etsinlər. Onlar gəlirlər, burda bir il yaşayıb baxırlar və yolların səmtini dəyişirlər. Bizdə bunu etmək lazımdır, bacarmırlarsa, çağırsınlar məni, başa salım”.

Ətraflı videoda:

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37