ƏDV ilə bağlı qərar

ƏDV ilə bağlı qərar

Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edib.

TEMPİNFO xəbər verir ki, siyahıya müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazisi 5 hektardan az olmayan istixana təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və ayaqqabı detalları (bərkidilmiş və ya bərkidilməmiş əsas içlikli ayaqqabı üstünün biçilmiş üzləri daxil olmaqla) qoyulma içliklər, dabanlıqlar və analoji məmulatlar; getrlər, qamaşlar və analoji məmulatlar və onların detalları daxil edilib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37