Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

Baş nazir Əli Əsədov Əhməd Əhmədzadənin Nazirlər Kabinetinin Aparatındakı vəzifəsini dəyişib.

TEMPİNFO-nun Qaynarinfo-ya istinadən məlumatına görə, Əhməd Əhmədzadə baş nazirin müşaviri vəzifəsindən köməkçi vəzifəsinə keçirilib.

Bununla da, baş nazirin köməkçilərin sayı 3-ə (Əhməd Əhmədzadə,  Mehman Tağıyev, Fəxri İsmayılov) çatıb. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov isə baş nazirin müşaviridir.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə 2021-ci ilin aprel ayında baş nazirin müşaviri təyin olunmuşdu.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37