Əhmədin xalası: “İnanmıram ki, Əhməd cinayəti tək törədib” – VİDEO
- HADİSƏMANŞETSON XƏBƏR
- 25.06.2024 13:17
“İnanmıram ki, Əhməd cinayəti tək törədib”.
TEMPİNFO xəbər verir ki, bunu “unikal”a açıqlamasında ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova deyib.
O bildirib ki, bacısı oğlu Əhməd Əhmədova qəyyum olmaq istəyir.
TEMPİNFO
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən prosesdə qarışıqlıq yaranıb.
Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı prosesdə qalmaqal yaradıb. O prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.
Hakim için məhkəmə baxışına veriləndən sonra məsələnin araşdırılacağını desə də, şahid etiraz edib. Nəticədə prosesdə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilib.
İş üzrə məhkəmənin baxış iclası iyulun 4-nə təyin olunub.
Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.