Elektomobil və hibrit maşınlarla bağlı YENİLİK – Ucuzlaşacaq!

Elektomobil və hibrit maşınlarla bağlı YENİLİK – Ucuzlaşacaq!

Buraxılış müddəti 3 ildən çox olan elektormobil və hibrid maşınların idxalına tətbiq olunan məhdudiyyət, avtomobil bazarında nəqliyyat vasitələrinin bu seqmentinə ciddi təsir edir. Sözügedən məhdudiyyət səbəbindən bazarda bu növ avtomobillərin qiyməti olduqca yüksəkdir.

Utilizasiya və köhnə maşınlara tətbiq edilən bəzi məhdudiyyətlərin fonunda, alıcıların elektormobil və hibrid avtomobillərə yönəlməsi isə olduqca çətindir. Əslində, ənənəvi yanacaq mühərrikli maşınlardan fərqli olaraq, ekoloji baxımdan heç bir çirklənməyə səbəb olmayan bu növ maşınlarla bağlı il məhdudiyyətinin aradan qaldırılması istənilir. Bəs görəsən, elektromobil və hibrit maşınların daha əlçatan olması üçün başqa nələr edilməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu növ maşınlarla bağlı əsas problem ehtiyat hissələri və servislərin olmaması ilə bağlıdır:

“Elektromobillərin və hibrid maşınların ölkəyə idxalında olan məhdudiyyətlər tək bununla bitmir. Ümumiyyətlə, bu qəbildən olan maşınlara insanlar arasında maraq kifayət qədərdir. Sadəcə, burada müəyyən çatışmazlıqlar var. Əsas çatışmazlıqlardan biri ondan ibarətdir ki, bu növ maşınların təmiri ilə bağlı texniki servislər demək olar ki, yoxdur. Eyni zamanda elektromobil nəqliyyat vasitələrinin ehtiyat hissələrinin çətin tapılması müşahidə olunur. Əlbəttə, başlıca problem isə qiymətlərin əlçatan olmamasıdır. Bunların hamısı yekunda istehlakçıya cəlbedici gəlmir və o da belə avtomobilləri almaq fikrindən daşınır.

Ekspert tətbiq olunan il məhdudiyyətinin yaxın vaxtlarda aradan qaldırılacağını düşünür:

“Amma 3 il məhdudiyyətinin qoyulması digər dövlətlərin də bənzər şəkildə tətbiq etdiyi ümumi bir proqramdır.Düşünürəm ki, növbəti illərdə bu məhdudiyyət aradan qaldırılacaq. Yaxud nəzərdə tutulan 3 illik məhdudiyyətin vaxtı daha da uzadılacaq. Şübhsiz ki, bu istiqamətdə əhalinin ümumi marağını nəzərə alaraq addımlar atılacaq”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37