Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub – FOTOLAR

Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub – FOTOLAR

Əli Əsədov Azərbaycanın İrandakı səfirliyində olub.

Nazirlər Kabinetindən TEMPİNFO-ya verilən xəbərə görə, iyulun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən ölkəmizin İran İslam Respublikasındakı Səfirliyini ziyarət edib.

Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37