Əli İnsanovun partiyası seçkiyə qatılır?

Əli İnsanovun partiyası seçkiyə qatılır?

Haqq Ədalət Partiyası (HƏP) növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Bu barədə partiya sədri Əli İnsanov özünün feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, HƏP-in 9 nəfər üzvünün namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Həmin şəxslər aşağıdakılarıdır:

1. Əliyar Şirməmmədov – İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri – Bakı şəhəri, Nizami birinci 24 saylı DSK ;

2. Bəhram Mehdiyev – İdarə Heyətinin üzvü – 25 saylı Bakı şəhəri, Nizami ikinci DSK ;

3. Aslan Dəmirov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin birinci müavini – 87 saylı Qobustan-Şamaxı-İsmayıllı DSK ;

4. Elçin İsmayılov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin regionların işi üzrə müavini, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri – 40 saylı Gəncə şəhər üçüncü DSK ;

5. Bildirçin Davudova – HƏP Qadınlar Şurasının sədri – 50 saylı Abşeron üçüncü DSK ;

6. Əsgər Məmmədbəyli – HƏP Naxçıvan Şəhər Təşkilatının sədri – 4 saylı Naxçıvan şəhər DSK ;

7. Anar Hüseynov – HƏP Sumqayıt Regional Mərkəzinin rəhbəri – 43 saylı Sumqayıt Şəhər üçüncü DSK ;

8. Azər Salmanov – HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri – 111 saylı Zaqatala Şəhər DSK ;

9. Dilqəm Əliyev – HƏP Şəmkir Rayon Təşkilatının sədri – 102 saylı Şəmkir Şəhər DSK ;

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37