Əməkdar artist dövlət qurumu ilə məhkəmədə çəkişəcək – MƏHKƏMƏ

Əməkdar artist dövlət qurumu ilə məhkəmədə çəkişəcək – MƏHKƏMƏ

Əməkdar artist, müğənni Könül Kərimova məhkəməyə müraciət edib.

TEMPİNFO xəbər verir ki, sənətçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsindən şikayətçidir.

İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Müğənni bununla bağlı olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib.

Sənətçinin qaldırdığı məsələyə hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37