Əməkdar artist: “Müəllimimə vurulmuşdum, onu dəhşət SEVİRDİM”
- MAQAZİNSON XƏBƏR
- 05.06.2024 18:40
TEMPİNFO lent.az-a istinadən estrada müğənnisi, bəstəkar, Azərbaycanın Əməkdar artisti Xumar Qədimova haqqında məlumat verir.
– Xumar Qədimova harada anadan olub?
Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub.
– Xumar Qədimova harada təhsil alıb?
1983-1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda “Kütləvi tamaşalar rejissoru” ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb.
– Xumar Qədimova sənətə necə başlayıb?
O, 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında “Bir Can Turkiyə-Azərbaycan” adlı solo konsertlə çıxış edib.
– Xumar Qədimovanın bəstələdiyi mahnıları hansı məşhur müğənnilər ifa edib?
Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib.
– Xumar Qədimova nə zaman əməkdar artist adına layiq görülüb?
Xumar Qədimova 3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
– Xumar Qədimova hansı məşhurlarla qalmaqal yaşayıb?
Xumar Qədimova ilə müğənni Günay İbrahimli arasında bəzi problemlər yaşanıb. Buna səbəb isə Günay İbrahimlinin müğənninin “Doğulduğu ev” mahnısını eşitmədiyini bildirdiyi olub:
“Xumar Qədimovanın 10-luqdan çıxartdım. Siyahıda daha çox layiqli ifaçılar var idi. Bu mahnını eşitməmişdim. Nə edək ki, belə təsadüf etdi. Mən o insanla küsülüyəm. Münasibətlərin bu siyahıya aidiyyatı yoxdur. Elə bir hadisə baş verib ki, çox gülməlidir. Danışa bilmərəm, efirlik bir şey deyil”.
İlk məhəbbəti kürd olub. Dördüncü sinifdə sevib. Onun üçün sevgi olub.
– Xumar Qədimova insanlardan niyə küsür?
Xumar Qədimova ən çox dəyər verdiyi insanlardan inciyir.
“Xumar Qədimova, çox istədiyi adamlardan küsür. Umduğu yerdən küsür. Diqqətsizlik, məsuliyyətsizlik… ən çox bu hallarda inciyir. Özü vicdanlı, səmimidir. Kimisə çox sevir, deyirəm ki, bax, sən filankəsi çox sevirsən, filan-filan xüsusiyyətləri gözəldir. Lakin onun da çatışmazlıqları var. O, ideal ola bilməz axı! Lakin o, mükəmməllik axtarır. Bax, Xumarın bu xasiyyətini qəbul edə bilmirəm. İstədiyini görməyəndə həyəcanı da azalır. Hamını özü kimi görmək istəyir. Onda bu xüsusiyyət var. O sevdiyi insana qarşı da belədir. Lakin ondan ayrılmaq asan deyil. Kaprizləri ilə sevilir. Onu sevənlər daha çox kaprizli, asan olmayan qadın olduğu üçün sevirlər”.
– Xumar Qədimova nə zaman ailə həyatı qurub?
Müğənni erkən yaşda ailə həyatı qurub. Bu evlilikdən onun Uğur adlı oğlu dünyaya gəlib. Bir müddət sonra isə Xumar xanım həyat yoldaşından ayrılaraq oğlu ilə tək yaşamağa qərar verib. O, müsahibələrinin birində həmin günlərindən danışıb:
“İndi daimi ailə həyatımın olmasını istəməzdim. Ərə ona görə getdim ki, qanunlara boyun əyməyə məcbur olmuşam. Toy günümü heç vaxt xoş xatırlamamışam. Tələbəliyim çox gözəl olub. Universitetdə də həmişə fərqlənmişəm. Yadıma gəlir, universitetdə müəllimimə vurulmuşdum. Tanınmışdır, amma adını deməyəcəyəm. O da mənə vurulmuşdu. Təbii ki, sevgimiz kənardan-kənara bir-birimizə aşiq olmaqla bitdi. Hətta bir dəfə imtahan günü uşaqlar da hiss eləmişdi ki, müəllim mənə laqeyd deyil. Mən hisslərimi gizlədə bilirdim, amma o, gizlətməyi bacarmırdı. Uşaqlar mənə deyirdi ki, imtahana birinci sən gir, qoy müəllim səni görüb ürəyi açılsın, bizə də yaxşı qiymət yazsın. O, yaşca məndən çox böyük idi. Amma onu heç bir gəncə dəyişməzdim. Dəhşət sevirdim. Gözüm heç bir gənci görmürdü. Yeni ildə, bayramlarda hamı rayona gedirdi, mən isə ona görə Bakıda qalırdım. Vallah, bir-birimizə toxunmamışdıq. Sadəcə, onun olduğu şəhərdə rahat olurdum. Rayona getsəydim, bircə gün də dözə bilməzdim”.
– Xumar Qədimovanın ən məşhur mahnıları hansılardır?
Xumar Qədimova 1997-ci ildə yaradıcılığına başlayıb. O, bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib. Daha çox “Gələcəyəm”, “Ayrılıq”, “Döz”, “Bu məhəbbət yalan deyil”, “Bilmirsən, qədrimi bilmə”, “Təsbeh”, “Dilbərim”, “Ruhunla yaşayacağam”, “Miyana gözlər”, “Ay qəmərim”, “Çiyələk ətirli qadın”, “Gəl, inad etmə”, “Yarım”, “Dustaq bir də sevər oldu”, “Yalan deyil”, “Sarhoş”, “Yalan dünya” kimi mahnılarla sevilib.
– Xumar Qədimova toylara neçəyə gedir?
Bu gün Azərbaycan toylarına ən çox dəvət alan müğənnilərdən biri Xumar Qədimovadır. Onun toy qonorarı 3500-4000 AZN aralığındadır.