Əməkdar artistin ölkədən çıxışı yasaq imiş – “Green Card”ı batdı
- MƏDƏNİYYƏTSON XƏBƏR
- 05.07.2024 18:18
Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev “Green Card” udub.
Bu barədə Lent.az-a aktyor özü məlumat verib.
“Green Card” udsam da, Amerikaya köçmək niyyətim yoxdur. Orada qızım və nəvələrim yaşayır. Bu kart vasitəsilə ABŞ-yə rahat gediş-gəliş imkanı əldə edə bilərdim. Lakin mənim ölkədən çıxışıma yasaq qoyulduğu üçün, görünür, bu imkandan istifadə edə bilməyəcəyəm. Artıq sənədləşmə müddətinin başa çatmasına çox az qalıb”, – deyə o bildirib.