Emin Əmrullayevə etiraz: “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”

Emin Əmrullayevə etiraz: “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutmaq istəyənlər üçün tələb olunan kriteriyalar – magistr diplomu olması, yüksək səviyyədə ingilis dilini yüksək səviyyədə bilməsi və s. narazılıqla qarşılanır.

TEMPİNFO.AZ xəbər verir ki, tanınmış jurnalist, Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı Elm və Təhsil Nazirliyinin bu tələbinin Azərbaycan konstitusiyasına zidd olduğunu bildirib. Qeyd edib ki, həmin vəzifəni tutmaq istəyən şəxs ilk növbədə Qarabağın tarixini bilməlidir:

“Qarabağın tarixini bilməyənlər ingilis dilində “çırtdatsa” belə, o postda uğurlu ola bilməz. Bir nəfəri o xidmətə tərcüməçi götürürsən, ingilis dilində nə lazımsa edər”.

Taleh Şahsuvarlı deyib ki, bu vəzifəyə kadr seçimində Vətən müharibəsində iştirak edən jurnalistlərə üstünlük verilməlidir:

“Xankəndinin azad olunması ilə nəticələn İkinci Qarabağ savaşında 50 nəfərə qədər jurnalist iştirak edib. Bu 50 jurnalistdən birinin qabiliyyəti çatmır orada işləməyə? Şəhid övladı olan layiqli kadrlar var, Xankəndidə işləmək onların haqqı deyil? Ən nəhayət, Azərbaycan vətəndaşının Konstitusiya görə, ingilis dili bilmək öhdəliyi varmı? Yoxdursa, istənilən dövlət büdcəsindən maliyyələşən quruma iş elanında ingilis dili tələbi irəli sürməyə kim ixtiyar verir? Bəzi spesfik işlərdə bu tələb irəli sürülə bilər (məsələn, tərcüməçi işində), amma ucdantutma bütün vakansiyalar üçün bu tələbi qoymaq Konstitusiyaya ziddir!”

TEMPİNFO.AZ 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37