Ərdoğan bu gün 5 ölkənin XİN başçısı ilə GÖRÜŞƏCƏK

Ərdoğan bu gün 5 ölkənin XİN başçısı ilə GÖRÜŞƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya, Azərbaycan, Ermənistan və İran xarici işlər nazirləri ilə görüşəcək. Görüş Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Hakan Fidanın iştirakı ilə keçiriləcək.

TEMPİNFO xəbər verir ki, “Ria Novosti”nin məlumatına görə, görüş cümə günü, Moskva vaxtı ilə saat 16:00-da İstanbuldakı Dolmabağça prezident sarayında baş tutacaq və mətbuata qapalı olacaq.

Bu gün – 18 oktyabrda İstanbulda Cənubi Qafqaz üzrə regional “3+3” platformasında iştirak edən dövlətlərin xarici işlər nazirlərinin iclası keçirilir.

İclasda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və İran xarici işlər nazirləri iştirak edirlər. Gürcüstan toplantıda iştirakdan imtina edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37