Ərdoğan Putinə zəng etdi
- DÜNYASON XƏBƏR
- 07.10.2024 19:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
TEMPİNFO xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Türkiyə ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsindən və inkişafından məmnunluq duyduğunu, yüksək səviyyəli siyasi dialoqun davam edəcəyini, həm bölgəmizdəki, həm də regiondakı məsələləri ətraflı müzakirə etməyə davam edəcəklərini bildirib.
O, Rusiya prezidenti Putini də ad günü münasibətilə təbrik edib.
TEMPİNFO