Ərdoğan: “Təəssüflə etiraf edirəm ki, münaqişənin başa çatması üçün…”

Ərdoğan: “Təəssüflə etiraf edirəm ki, münaqişənin başa çatması üçün…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmədiyini bildirib.

Bunu o, İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinə buraxılış mərasimində çıxışı zamanı deyib.

“Rusiya ilə Ukrayna arasında müharibə təxminən iki il yarımdır ki, davam edir. Tərəflərdən heç birinin digəri üzərində tam üstünlük əldə edə bilməyəcəyi münaqişə əhəmiyyətli itkilərə və dağıntılara səbəb olur. Təəssüflə etiraf edirəm ki, münaqişənin yaxın gələcəkdə başa çatması üçün güclü iradə yoxdur”, – Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə “müharibə tacirlərindən başqa heç kimə faydası olmayan” münaqişəni dayandırmaq üçün “mümkün olan hər şeyi edir”. /konkret.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37