Ermənistanda yol qəzası: 1 ölü, 8 yaralı

Ermənistanda yol qəzası: 1 ölü, 8 yaralı

Ermənistanda sərnişin daşıyan mikroavtobus aşıb və yolun hərəkət hissəsindən çıxıb.

Modern.az xəbər verir ki, hadisə İrəvan-Sevan yolunun 20-ci km-də baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər öıüb, 8 nəfər yaralanıb.

Zərərçəkənlər tibb məntəqələrinə yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37