“Əşi, bu söhbətin başını buraxın…”  – Bərxudarov

“Əşi, bu söhbətin başını buraxın…” – Bərxudarov

Xəbər verdiyimiz kimi, II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

TEMPİNFO-nun məlumatına görə, “Gununsesi.info” Mais Bərxudarovla əlaqə saxlayaraq onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən M. Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

“Orduda yeni yüksək təyinat gözləyirsinizmi?” sualına gəlincə, general-leytenant “Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”, – cavabını verib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37