Evlər boşaldılmalıdır, Azərbaycan sərhədçiləri gəlir – Ermənilərə vaxt verildi
- REGİONSON XƏBƏR
- 04.06.2024 18:17
Kirants kəndinin sakinləri sərhədlərin demarkasiyası və delimitasiyası prosesi nəticəsində Azərbaycanın nəzarətinə keçəcək ərazilərdəki evləri sökməyə başlayıblar.
Ölkə.Az xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib.
Onların dediyinə görə, artıq bir neçə gündür, söküntü işlərinə başlanılıb.
Kirantslılara xəbərdarlıq edilib ki, iyunun 24-dək evləri boşaldılmalıdır. İyunun 24-dən sonra əraziyə Azərbaycan sərhədçiləri yerləşdiriləcək.
Xatırladaq ki, mayın 24-dən Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Berkaber qəsəbəsinin 1,9 km-lik, Tavuş vilayətində Ermənistan Respublikasının dövlət sərhədinin Voskepar və Bağanis yaşayış məntəqələrinin 4,9 km hissəsinin mühafizəsini rəsmən öz üzərinə götürüb.
Azərbaycan tərəfi də paralel olaraq, mayın 24-dən bitişik sərhəd ərazilərinin mühafizəsini Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçirir.
TEMPİNFO