Əziz Əzizov Beyləqanda vətəndaş qəbulu keçirdi – Fotolar

Əziz Əzizov Beyləqanda vətəndaş qəbulu keçirdi – Fotolar

İyulun 17-də təsdiq olunmuş qrafikə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu həyata keçirilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə ümumilikdə 57 nəfər vətəndaşı qəbul edib.

Əziz Əzizov sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılması ilə bağlı müvafiq tapşırıqlar verib. “qafqazinfo”







  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37