“Fənərbaxça” daha bir oyunçuyla yollarını ayırdı

“Fənərbaxça” daha bir oyunçuyla yollarını ayırdı

Türkiyənin “Fənərbaxça” klubu müdafiəçisi Sərdar Əzizlə yollarını ayırıb.

TEMPİNFO klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü baş məşqçi Joze Mourinyo ilə görüşdükdən sonra düşərgəni tərk edib.

Əziz 2018-ci ildən “Fənərbaxça”da çıxış edib. O, daha əvvəl “Bursaspor” və “Qalatasaray”ın da şərəfini qoruyub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37